Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turuna start veriləcək. "Report"un məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Yubiley turunun açılış oyunu Qəbələdə keçiriləcək. Burada yerli "Qəbələ" AZAL-la qarşılaşacaq. Cari mövsümdə rəqiblər 2 dəfə üz-üzə gəlib və bir oyunda "təyyarəçilər" qələbə qazanıb - 2:1. Digər qaşrılaşmada isə 3:3 hesablı heç-heçə qeydə alınıb. Ötən turu isə hər iki komanda qələbə ilə başa vurub. "Qəbələ" səfərdə "Bakı"nı 2:0, AZAL evdə "Neftçi"ni 2:1 hesabı ilə yenib.
Günün digər oyununda isə Bakının "Neftçi" klubu Zaqatala "Simurq"unu qəbul edəcək. İki komanda arasında mövsümün ilk oyununda "Neftçi" 2:1 hesablı qələbə qazansa da, əyalət təmsilçisi Zaqatalada baş tutmuş görüşdə aktivinə 3 xal yazdırmağı bacarıb - 1:0.
6 fevral (cümə)
14:00. "Qəbələ" – AZAL (Bakı)
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov
Qəbələ. Qəbələ şəhər stadionu.
16:00. "Neftçi" – "Simurq" (Zaqatala)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Məlik Həsənov
Bakı. "Bakcell Arena".
Qeyd edək ki, tura fevralın 7-də "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Bakı"nı sınağa çəkəcək. Tura "Xəzər Lənkəran" - "İnter" maçtı ilə yekun vurulacaq.
N | O | Q | H | M | T-F | X | |
1 | 16 | 10 | 4 | 2 | 29-17 | 34 | |
2 | 17 | 7 | 9 | 1 | 26-7 | 30 | |
3 | 16 | 7 | 5 | 4 | 20-14 | 26 | |
4 | 17 | 7 | 3 | 7 | 27-22 | 24 | |
5 | 17 | 5 | 7 | 5 | 21-24 | 22 | |
6 | 17 | 5 | 5 | 7 | 22-22 | 20 | |
7 | 16 | 5 | 5 | 6 | 20-26 | 20 | |
8 | 17 | 4 | 4 | 9 | 19-27 | 16 | |
9 | 17 | 2 | 4 | 11 | 13-38 | 10 |
Bombardir: Nurlan Novruzov ("Bakı") - 9 qol.