Yuxarı
    Bağlamaq

    Premyer Liqada XX tura yekun vurulub

    Turun son oyununda “Qarabağ” “İnter”ə uduzub

    Bakı. 28 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

    “Report”un məlumatına görə, həftənin son matçı “Qarabağ” və “İnter” komandaları arasında keçirilib.

    Günün digər matçında lider “Qəbələ” “Kəpəz”lə səfərdə 1:1 hesabı ilə heç-heçə etdiyindən, Ağdam təmsilçisi qalib gələcəyi təqdirdə vahid lider olacaqdı. Lakin “Qarabağ” bunun öhdəsindən gəlməyi bacarmayıb. Üstəlik, “İnter” gürcüstanlı müdafiəçi Zurab Xizanişvilinin qolu ilə qalib gəlib.

    Bu qələbədən sonra xalını 36-ya çatdıran “İnter” 3-cü pillədə qalıb. “Qarabağ” isə 42 xalla 2-cidir.

    18:00 “Qarabağ” – “İnter” 0:1

    Qol: Zurab Xizanişvili, 72

    Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov

    AFFA nümayəndəsi: Ramiz Mustafayev

    Hakim-inspektor: Məlik Həsənov

    “Azersun Arena”

    İlk iki dövrə - 1:2, 0:0

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi