Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub

Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub Turun son oyun günündə 2 qarşılaşma baş tutub
Futbol
7 Fevral , 2015 18:50
Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub

7 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan premyer Liqasında XX turun son oyunları keçirilib. "Report"un məlumatına görə, turun son oyun günündə 2 qarşılaşma baş tutub.

Turnir cədvəlinin hazırkı lideri "Qarabağ" doğma meydanda "Bakı"nı qəbul edib. Tofiq Bəhramov adına Republika Stadionunda keçirilən qarşılaşmada meydan sahibləri qələbəyə sevinib - 4:1.

Günün və turun son qarşılaşmasında isə "Xəzər Lənkəran" və "İnter" komandaları üz-üzə gəlib. Lənkəranda baş tutan görüşdə isə paytaxt təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Premyer Liqa, XX tur

"Qəbələ" - AZAL 0:1

"Neftçi" - "Simurq" 0:0

"Qarabağ" - "Bakı" 4:1

"Xəzər Lənkəran" - "İnter" 1:2

Qeyd edək ki, Premyer Liqada 9 komanda olduğundan "Sumqayıt" bu tur heç bir oyun keçirməyib.

O Q H M T-F X
1 Qarabağ 17 11 4 2 33-18 37
2 İnter 17 7 9 1 26-7 30
3 Neftçi 17 7 6 4 20-14 27
4 Simurq 18 7 4 7 27-22 25
5 AZAL 17 6 5 6 21-26 23
6 Qəbələ 18 5 7 6 21-25 22
7 Xəzər Lənkəran 17 5 5 7 22-22 20
8 Sumqayıt 17 4 4 9 19-27 16
9 Bakı 18 2 4 12 14-42 10

Son xəbərlər

Orphus sistemi