Bakı. 20 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turuna yekun vurulub.
"Report" xəbər verir ki, tura üç qarşılaşma ilə yekun vurulub, mərkəzi görüş Bakıda "İnter" ilə "Xəzər Lənkəran" arasında baş tutub.
Digər iki matçda AZAL "Zirə", "Kəpəz" isə "Neftçi" ilə üz-üzə gəlib.
Premyer Liqa, XVIII tur
AZAL- "Zirə" - 1-0
Qollar: Tagim Novruzov, 14 ' [1-0] (p.)
"Kəpəz" - "Neftçi" - 1-1
Qollar: Tərlan Quliyev, 15 ' [1-0], Cavid İmamverdiyev, 47' [1-1]
"İnter" - "Xəzər Lənkəran" - 2-0
Qollar: Zurab Xizanişvili, 28 ' [1-0] , Elnur Abdullayev, 47 ' [2-0]