Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb

Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb Turun mərkəzi matçının vaxtı müəyyənləşib
Futbol
30 Yanvar , 2017 15:18
Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, turun oyunları iki günü əhatə edəcək.

Tura AZAL - "Qarabağ" oyunu ilə start veriləcək. Fevralın 3-də saat 16:00-da başlanacaq qarşılaşmanın ardından mərkəzi görüşdə "Neftçi" "Qəbələ"ni qəbul edəcək. Ertəsi günün matçları paytaxtdan kənarda olacaq. Əvvəlcə Gəncədə "Kəpəz" "Zirə"ni, ardından Sumqayıtda eyniadlı klub "İnter"i sınağa çəkəcək. 

Azərbaycan Premyer Liqası

3 fevral (cümə)

16:00. AZAL - "Qarabağ"

"AZAL Arena"

18:30. "Neftçi" - "Qəbələ"

"Bakcell Arena"

4 fevral (şənbə)

14:00. "Kəpəz" - "Zirə"

Gəncə şəhər stadionu

16:30. "Sumqayıt" - "İnter"

"Kapital Bank Arena"

Son xəbərlər

Orphus sistemi