Yuxarı

Azərbaycan Premyer Liqasında XIII turun təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında XIII turun təyinatları açıqlanıb
“Zirə” – “Qarabağ” dueli Fariz Yusifova həvalə olunub

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XIII turun təyinatları açıqlanıb. “Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həftənin mərkəzi oyunu sayılan “Zirə” – “Qarabağ” dueli Fariz Yusifova həvalə olunub.

“Kəpəz” ilə “Qəbələ”nin görüşündə Ömər Paşayev fit çalacaq. “Neftçi” – “Keşlə” qarşılaşması Rauf Cabbarova, “Sumqayıt” – “Səbail” matçı Rəhim Həsənova tapşırılıb.

Qeyd edək ki, ötən tur “Neftçi” – “Qəbələ” matçında bir sıra səhvlərə yol verən FİFA referisi Əliyar Asğayev bu həftə təyinat almayıb.

Azərbaycan Premyer Liqası

XIII tur

25 noyabr (şənbə)

14:30. “Kəpəz” – “Qəbələ”

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüsal Qənbərov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Rövşən Əhmədov

Gəncə şəhər stadionu

17:00. “Neftçi” – “Keşlə”

Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Ramil Diniyev

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Asim Xudiyev

“Bakcell Arena”

26 noyabr (bazar)

16:00 . “Sumqayıt” – “Səbail”

Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Vüsal Əliyev

“Kapital Bank Arena”

18:00. “Zirə” – “Qarabağ”

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Məlik Həsənov

Zirə İdman Kompleksinin stadionu

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi