Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun son oyunu keçiriləcək.
"Report"un məlumatına görə, "Bank Respublika Arena"da "Sabah" və "Qarabağ" komandaları üz-üzə gələcək. Qarşılaşma "Qarabağ"ın ötən cümə axşamı günü İspaniyada "Sevilya" ilə Avropa Liqasının qrup mərhələsinin V tur matçına çıxması ilə əlaqədar bu həftənin ilk gününə təyin edilib.
Matç hər iki komanda üçün ciddi əhəmiyyətə malikdir. Yeni baş məşqçi Jelko Sopiçin rəhbərliyi altında ilk oyununa çıxacaq. "Sabah" qələbə qazansa, xallarını 16-ya çatdıracaq və 5-ci pilləyə yüksələcək. Bu halda Ağdam komandası "Sumqayıt" (1:2) və "Sevilya"dan (0:2) sonra ardıcıl üçüncü məğlubiyyətə düçar olacaq.
“Sabah” və “Qarabağ” indiyədək 5 dəfə qarşılaşıblar. Paytaxt təmsilçisi hələ qələbə qazana bilməyib, Ağdam komandası isə 3 dəfə qalib olub. 2 matçda heç-heçə qeydə alınıb. Qonaqlar 7 top fərqi ilə öndədirlər. “Qarabağ” indiyədək meydanı qolsuz tərk etməyib. Bundan başqa hər qarşılaşmada 2 və daha çox qol vurulub.
Azərbaycan Premyer Liqası, XIII tur
2 dekabr (bazar ertəsi)
20:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Əliyev İlham
“Bank Respublika Arena”
Qeyd edək ki, turun ilk 3 oyununda "Qarabağ" "Zirə"ni 3:0, "Keşlə" "Sumqayıt"ı 2:1 hesabı ilə yenib. "Səbail" - "Neftçi" matçında isə hesab açılmayıb - 0:0.