​Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq

​Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq "İnter" AZAL-ı yensə, ikinci pilləyə yüksələcək
Futbol
23 Noyabr , 2015 10:14
​Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq. "Report"un məlumatına görə, turun son oyununda "İnter" AZAL-ı qəbul edəcək.

Rəvan Həmzəzadənin idarə edəcəyi matç "İnter Arena"da keçiriləcək. Bu qarşılaşma hər iki komanda üçün turnir cədvəlində irəliləmək baxımından böyük əhəmiyyətə malikdir. "Bankirlər" doğma meydanda 3 xala sevinərsə, "Qəbələ"ni şəxsi göstəricilərdə üstələyərək, 2-ci pilləyə yüksələcək. Hazırda bu komanda 20 xalla 4-cü pillədədir. AZAL-a isə səfər qələbəsi çox vacibdir. Qələbə hazırda 9 xalla 9-cu pillədə olan "təyyarəçilər"i həm 1 xal fərqi ilə sonuncu pillədə qərarlaşan "Rəvan"dan uzaqlaşdıracaq, həm də ən yaxın qonşular olan "Xəzər Lənkəran" və "Sumqayıt"la xallarını eyniləşdirəcək.

Komandalar Azərbaycan çempionatı tarixində 27 dəfə görüşüblər. Bu qarşılaşmaların 10-da "İnter", 5-də isə AZAL qələbəyə sevinib. Qalan 12 matç isə sülhlə yekunlaşıb. "Təyyarəçilər" "İnter"ə qarşı keçirdikləri son 8 oyunda qələbə qazana bilməyib. "İnter" isə ardıcıl 9 matçda meydanı qolsuz tərk etməyib və evdə keçirdiyi son 3 qarşılaşmada xal itirməyib.

Azərbaycan Premyer Liqası, XIII tur

17:00. "İnter" – AZAL

Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Coşqun Həsənov, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Fariz Yusifov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Vüsal Əliyev

Bakı. "İnter Arena"

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Qarabağ" evdə "Kəpəz"i 3:0, "Rəvan" "Zirə"ni 1:0, "Neftçi" səfərdə "Xəzər Lənkəran"ı 2:0 hesabı ilə yenib. "Sumqayıt" - "Qəbələ" matçında isə qalib müəyyənləşməyib - 2:2.  

Son xəbərlər

Orphus sistemi