​Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək

​Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək Turun ilk oyun günündə 2 qarşılaşma keçiriləcək
Futbol
21 Noyabr , 2015 09:01
​Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turuna start veriləcək. "Report"un məlumatına görə, turun ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

İlk olaraq Sumqayıtın eyniadlı komandası doğma azarkeşlər önündə "Qəbələ"ni qəbul edəcək. Elvin Əsgərovun baş hakimi olacağı matçın start fiti saat 17:00-da səslənəcək. Qonaqlar bu görüşdən 3 xalla ayrılacağı təqdirdə turnir cədvəlinin hazırkı lideri "Qarabağ"la xal fərqini azaldacaq. "Sumqayıt" isə qələbə sayəsində "Xəzər Lənkəran" və "Neftçi"ni qabaqlayacaq. Bu tur "Xəzər Lənkəran" və "Neftçi" komandaları arasında keçiriləcək oyunu nəzərə alsaq, "Qəbələ" ilə oyunda qələbə "Sumqayıt" üçün vacib əhəmiyyət daşıyır. Qonşulardan birinin və ya hər ikisinin xal itirməsi Samir Abasovun rəhbərlik etdiyi komandanın işinə yarayacaq.

Günün son oyununda isə "Qarabağ" və "Kəpəz" komandaları üz-üzə gələcək. Orxan Məmmədovun baş hakimi olduğu matça Gəncə təmsilçisi tam heyətlə çıxa bilməyəcək. "Kəpəz"in heyətində Dario Frederiko zədəlidir, Bəxtiyar Soltanov sarı vərəqə limitini doldurduğu üçün meydanda olmayacaq. Kərim Diniyev zədədən tam sağalmayıb. Bundan başqa Azad Kərimov məşqlərə dünəndən qoşulub və onun meydana çıxıb-çıxmayacağı bilinmir. Ş.Diniyev bildirib ki, hücumçu Tural Rzayev də AZAL-la keçirilmiş yoldaşlıq görüşündə zədələnib, Budaq Nəsirovun vəziyyəti isə normallaşıb. "Qarabağ"da isə Reynaldo və kapitan Rəşad Sadıqovdan başqa demək olar ki, hər şey qaydasındadır.

Azərbaycan Premyer Liqası, XIII tur

17:00. "Sumqayıt" - "Qəbələ"

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Elman Musayev, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ömər Paşayev

AFFA nümayəndəsi: Adil Nadirov

Hakim-inspektor: Murad Məmmədov

Sumqayıt. "Kapital Bank Arena"

19:30. "Qarabağ" - "Kəpəz"

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Kamran Bayramov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Gülağa Cabarov

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

Qeyd edək ki, XIII tura noyabrın 23-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi