Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib

    Sumqayıt AZAL-ı qəbul edib

    Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib. "Report"un məlumatına görə, Sumqayıtın eyniadlı komandası doğma meydanda AZAL-la qarşılaşıb.

    Oyuna daha aktiv başlayan meydan sahibləri matçın 32-ci dəqiqəsində istəyinə çatıb. Murad Ağayev topu Stanislav Namaşkonun qoruduğu qapıdan keçirib. Cəmi 3 dəqiqə sonra Ağabala Ramazanov "təyyarəçilər"i ikinci dəfə məyus edib - 2:0.

    Görüş bu hesabla da başa çatıb.

    "Sumqayıt" qələbə sayəsində turnir cədvəlindəki ən yaxın qonşusu olan AZAL-la xal fərqini 4-ə endirib. AZAL 25 xalla 7-ci, "gənclik şəhəri" təmsilçisi isə 21 xalla 8-ci pillədədir.

    Qeyd edək ki, turun açılış oyununda "İnter" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi