Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub - VİDEO

Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub - VİDEO “İnter” AZAL-ı, “Sumqayıt” isə “Neftçi”ni məğlub edib
Futbol
20 Noyabr , 2016 18:53
Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub - VİDEO

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.

“Report” xəbər verir ki, günün və turun son oyununda "İnter" və AZAL komandaları qarşılaşıb.

"Bankirlər" matça ciddi itkilərlə - Nizami Hacıyev, Rauf Əliyev, Ağabala Ramazanov, Zurab Xizanişvilisiz çıxsalar da, bu, onların asan qələbə qazanmasına mane olmayıb və AZAL meydanı böyükhesablı məğlubiyyətlə tərk edib. Komanda, üstəlik oyunda qırmızı vərəqə alan legioner Brayn Foku itirib. "İnter" isə şərikli lider olan "Qəbələ" və "Qarabağ" klubları ilə 5 xallıq fərqini qoruyub saxlayıb.

Turun digər görüşündə "Sumqayıt" doğma azarkeşlər önündə "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirib. Samir Abbasosvun komandası rəqibini ilk dövrədə olduğu 2 qol vuraraq məğlub edib. Özü də bu dəfə fərqlənənlər "Neftçi"nin yetirmələri - Amit Quluzadə ilə Mirabdulla Abbasov olub.

Bununla da XII tur meydan sahiblərinin qələbəsi ilə yadda qalıb. Dünən "Qəbələ" evdə "Zirə"ni, "Qarabağ" isə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib. Göründüyü kimi, qonaqlar bu tur qol da vura bilməyiblər.

Azərbaycan Premyer Liqası, XII tur

20 noyabr

14:00. "Sumqayıt" - "Neftçi" - 2:0

Qollar: Amit Quluzadə, 3, Mirabdulla Abbasov, 75

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Azər Əsgərov

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Əhmədağa Cabbarov

Sumqayıt. "Kapital Bank Arena"

16:00. "İnter" - AZAL - 3:0

Qollar: Ruslan Abışov 23-pen, İlkin Qırtımov, 56, Slavik Alxasov, 65

Qırmızı vərəqə: Brayn Fok, 69 (ikinci sarı)

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Fariz Yusifov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Rövşən Əhmədov

Bakı. "İnter Arena"

Son xəbərlər

Orphus sistemi