​Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulacaq

​Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulacaq Son oyun günündə 2 qarşılaşma keçiriləcək
Futbol
17 Dekabr , 2015 10:17
​Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulacaq

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun son iki oyunu keçiriləcək. "Report"un məlumatına görə, günün ilk qarşılaşması "Xəzər Lənkəran"la "Kəpəz" komandaları arasında baş tutacaq. 

Bölgə təmsilçilərinin duelində 3 xal hər iki komandaya vacibdir. 12 xalla turnir cədvəlinin sonuncusu "Rəvan"dan 1 pillə öndə olan Yunis Hüseynovun komandası qələbə qazanacağı təqdirdə, ən yaxın qonşusu AZAL-la xal fərqini 1-ə endirəcək. "Kəpəz" isə səfərdən qələbə ilə dönərsə, "Neftçi"ni qabaqlaya bilər. Bu komandaların turnir cədvəlində yerdəyişməsi "Neftçi" - AZAL oyunundan da asılıdır. Bölgə təmsilçiləri indiyədək ölkə çempionatlarında 13 dəfə üz-üzə gəliblər. Bu qarşılaşmaların 10-da Lənkəran, 2-də isə Gəncə təmsilçisi qələbə qazanıb. Bir oyun isə heç-heçə ilə nəticələnib.

Günün və turun son qarşılaşmasında isə "Neftçi" və AZAL komandaları üz-üzə gələcək. Əsgər Abdullayevin gəlişindən sonra uğurlu seriyanı davam etdirən "Neftçi" qələbə qazansa, 5-ci pillədə olmasına baxmayaraq, ən yaxın qonşusu "Qəbələ" ilə xal fərqini 1-ə endirəcək. Həmçinin qələbə AZAL-ın da vəziyyətinin yaxşılaşdırılmasına kömək edəcək. "Təyyarəçilər" səfərdə 3 xal qazanacağı təqdirdə, "Sumqayıt"ı qabaqlayaraq 7-ci pilləyə yüksələcək. Cütlüyün bugünədək keçirilmiş 13 oyununda "Neftçi", 6-da AZAL qələbə qazanıb. 8 oyunda isə qalib müəyyənləşməyib.

Premyer Liqa, XVII tur

14:00. "Xəzər Lənkəran" - "Kəpəz" (Gəncə)

Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Coşqun Həsənov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Asim Xudiyev

"Xəzər Lənkəran" mərkəzi stadionu

17:00. "Neftçi" (Bakı) - AZAL (Bakı)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Nail Nağıyev

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Məlik Həsənov

"Bakcell Arena"

Qeyd edək ki, ilk 2 oyun günündə "Rəvan" evdə "İnter"ə 0:2, "Qəbələ" səfərdə "Zirə"yə 0:2 hesabı ilə uduzub. "Qarabağ" isə öz meydanında "Sumqayıt"ı yenə bilməyib - 2:2. 

Turnir cədvəli:

  • Klublar
O Q H M T-F X
1 Qarabağ 17 11 4 2 27-11 37
2 Zirə 17 7 8 2 16-12 29
3 İnter 17 7 6 4 16-12 27
4 Qəbələ 17 7 6 4 23-12 27
5 Neftçi 16 6 5 5 18-16 23
6 Kəpəz 16 5 7 4 17-16 22
7 Sumqayıt 17 3 8 6 20-25 17
8 AZAL 16 4 4 8 9-17 16
9 Xəzər Lənkəran 16 3 3 10 10-21 12
10 Rəvan 17 2 5 10 9-23 11

Son xəbərlər

Orphus sistemi