Bakı. 26 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının X turunun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, turun görüşləri eyni gündə reallaşacaq.
Şərikli liderlərdən əvvəlcə "Qəbələ", sonra isə "Qarabağ" meydana çıxacaq. "Neftçi" ilə "İnter" arasında keçiriləcək paytaxt derbisi də Ağdam komandasının qarşılaşması ilə eyni vaxta təsadüf edəcək.
28 oktyabr
17:00. "Zirə" – "Kəpəz"
Bakı. Zirə İdman Kompleksinin stadionu
17:00. "Qəbələ" – AZAL
Qəbələ. Qəbələ şəhər stadionu
17:00. "Xəzər Lənkəran" – "Sumqayıt"
Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu
19:00. "Qarabağ" – "Rəvan"
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
19:00. "Neftçi" – "İnter"
Bakı. "Bakcell Arena"