Bakı. 14 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun oyun cədvəli açıqlanıb. "Report"un Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, turun oyunları üç gün ərzində keçiriləcək.
Tura "Rəvan" - "Kəpəz" oyunu ilə start veriləcək. Həftənin son görüşü isə Sumqayıtda baş tutacaq. Burada şəhərin eyniadlı komandası "İnter"i qonaq edəcək.
Turun bütün oyunları "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
16 oktyabr
20:30. "Rəvan" – "Kəpəz"
Bakı. "Bayıl Arena"
17 oktyabr
15:30. "Neftçi" – "Qəbələ"
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
18:00. "Qarabağ" – "Zirə"
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
18 oktyabr
18:00. "Xəzər Lənkəran" – AZAL
Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu
20:00. "Sumqayıt" – "İnter"
Sumqayıt. "Kapital Bank Arena"