Yuxarı

Azərbaycan Premyer Liqasında VIII turun bütün oyunları Bakıda keçiriləcək

Tura İnter - Qəbələ matçı ilə start veriləcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, II dövrənin ilk turunun görüşləri 2 gün ərzində keçiriləcək.

"Qarabağ" bu mövsüm ev oyununu ilk dəfə öz stadionunda - "Azərsun Arena"da keçirəcək. Bütün qarşılaşmalar Bakıda təşkil olunacaq və CBC Sport kanalı ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası, VIII tur

15 oktyabr

16:00. "İnter" - "Qəbələ"

Bakı. "İnter Arena"

18:30. "Qarabağ" - "Sumqayıt"

Bakı. "Azərsun Arena"

16 oktyabr

16:00. AZAL - "Kəpəz"

Bakı. "AZAL Arena"

18:30. "Zirə" - "Neftçi"

Bakı. Zirə İdman Kompleksinin stadionu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi