Yuxarı
    Bağlamaq

    Bu gün ​Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək

    Turun ilk oyunu Bayıl Arenada keçiriləcək

    Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turuna start veriləcək. "Report"un məlumatına görə, turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

    Çempionatın autsayderi "Rəvan" Gəncənin "Kəpəz" klubunu qəbul edəcək. Qarşılaşma "Bayıl Arena"da baş tutacaq. Komandalar bugünədək 8 dəfə üz-üzə gəlib. Bu görüşlərin 5-i gəncəlilərin qələbəsi ilə yekunlaşıbsa, 3-də "Rəvan" meydanı qalib tərk edib. Paytaxtda keçirilmiş 4 oyunda bərabərlik qeydə alınıb. Meydan sahibləri və qonaqlar hərəyə 2 dəfə qələbə qazanıb.

    Son turda doğma azarkeşlər önündə "Sumqayıt"ı (3:1) məğlub edən Şahin Diniyevin rəhbərlik etdiyi komanda bu gün 3 xal qazanacağı təqdirdə, aktivində 11 xal olacaq . Nəticədə komanda turnir cədvəlində "Neftçi"ni ən azı bir günlük 2 xal qabaqlayaraq, 5-ci pilləyə yüksələcək. Turnir cədvəlinin sonuncusu "Rəvan" isə qələbə sayəsində 8-ci pilləyə qədər yüksələ bilər.

    20:30. "Rəvan" – "Kəpəz"

    Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mübariz Haşımov, Munis Abdullayev

    AFFA nümayəndəsi: Vaqif Davudov

    Hakim-inspektor: Füzuli Nəcəfov

    Bakı. "Bayıl Arena"

    Qeyd edək ki, turun digər qarşılaşmaları 17-18 oktyabrda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi