Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli açıqlanıb

Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli açıqlanıb Üç günü əhatə edəcək tura Sumqayıtda start veriləcək
Futbol
19 Sentyabr , 2017 17:09
Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli açıqlanıb
Gabalafc.az

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında VI turun oyun cədəvli açıqlanıb.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 3 günü əhatə edəcək tura Sumqayıtda start veriləcək.

Sentyabrın 22-də eyniadlı komanda "Qarabağ"ı qəbul edəcək. Ağdam komandası sentyabrın 27-də İtaliya "Roma"sı ilə Çempionlar Liqası qarşılaşmasına çıxacağından, daha tez oynayacaq. 

Həftənin son matçı isə “Qəbələ” və “Neftçi” komandaları arasında olacaq.

Azərbaycan Premyer Liqası

VI tur

22 sentyabr (cümə)

19:00. “Sumqayıt” – “Qarabağ”

“Kapital Bank Arena”

23 sentyabr (şənbə)

17:30. “Səbail” - “Kəpəz”

“Dalğa Arena”

20:00. “Zirə” – “İnter”

Zirə İdman Kompleksinin stadionu

24 sentyabr (bazar)

18:00. “Qəbələ” – “Neftçi”

Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport”kanalı ilə canlı yayımlanacaq. 

Son xəbərlər

Orphus sistemi