Azərbaycan Premyer Liqasında V tura yekun vurulub

Azərbaycan Premyer Liqasında V tura yekun vurulub Turun son oyun günündə iki qarşılaşma keçirilib
Futbol
19 Sentyabr , 2016 21:54
Azərbaycan Premyer Liqasında V tura yekun vurulub

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk oyununda "Qəbələ" doğma meydanda AZAL-ı sınağa çəkib. Oyun gözlənildiyi kimi meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Maçtın 31-ci dəqiqəsində Filip Ozobiç topu tora qovuşdurub. İlk hissə "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci hissəyə də fəal başlayan Roman Qriqorçukun rəhbərlik etdiyi komanda 55-ci dəqiqədə yenə fərqlənib. Bu dəfə Ruslan Qurbanov adını tabloya yazdırıb. 65-ci dəqiqədə isə Roman Hüseynov yekun nəticəni müəyyənləşdirən qolu vurub. Bununla da "Qəbələ" 10 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. AZAL isə bir xalla sonuncudur.

Turun mərkəzi görüşü isə Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"da baş tutub. "Azərsun Arena"da ot örtüyünün istifadəyə yararlı olmaması səbəbindən "Qarabağ" "Zirə" ilə ev oyununu burada keçirib. İlk oyunda olduğu kimi bu dəfə də meydan sahibləri fəallıq nümayiş etdirib. 20-ci dəqiqədə Rahid Əmirquliyev hesabı açmağa müvəffəq olub. 17 dəqiqə sonra yarımmüdafiəçi dubl edərək özünün və komandasının ikinci qolunu vurub. İlk 45 dəqiqə bu hesabla da başa çatıb. İkinci hissədə isə qapılara qol vurulmayıb və oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. 5 oyundan 13 xal toplayan "Qarabağ" turnir cədvəlinə liderlik edir. "Zirə" isə 6 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, ilk oyun günündə "Sumqayıt" "Kəpəz"lə 1:1 hesablı bərabərliyə razılaşıb. "İnter" isə "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi