Azərbaycan Premyer Liqasında V tura start veriləcək

Azərbaycan Premyer Liqasında V tura start veriləcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək.
Futbol
21 Sentyabr , 2019 07:30
Azərbaycan Premyer Liqasında V tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Turun açılış matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası çempionatın autsayderi "Sabah"ı qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi 3 xalla 6-cı, paytaxt klubu isə 2 xalla sonuncudur. Bu komandalar Premyer Liqada yalnız ötən mövsüm üz-üzə gəliblər. 4 oyunun 2-də "Sumqayıt", 1-də isə "Sabah" qələbə qazanıb. Bir qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqində də meydan sahiblərinin aşkar üstünlüyü var - 6:3.

Günün ikinci görüşündə isə "Səbail" doğma meydanda "Qəbələ" ilə üz-üzə gələcək. Əyalət təmsilçisi 3 xalla 7-ci, paytaxt klubu isə 9 xalla ikinci yerdədir. Komandalar çempionatda 8 dəfə qarşılaşıblar. 4 oyunda "Qəbələ", 2-də isə meydan sahibləri 3 xal qazanıb. 2 qarşılaşma heç-heçə yekunlaşıb. Topların fərqində də "Qəbələ" öndədir - 14:8. Rəqiblər arasında Premyer Liqanın son 7 oyununda meydan sahibi olan komanda uduzmayıb. “Qəbələ” həmçiinn son üç səfərdə qalib gələ bilməyib.

Qeyd edək ki, V turun "Neftçi" - "Keşlə" matçı senytabrın 22-də, "Zirə" - "Qarabağ" dueli isə sentyabrın 23-də olacaq. 

Azərbaycan Premyer Liqası, V tur

21 sentyabr (şənbə)

17:30. “Sumqayıt” – “Sabah”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Elçin Məsiyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

“Kapital Bank Arena”

19:45. “Səbail” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“ASCO Arena”, 19:45

Son xəbərlər

Orphus sistemi