Azərbaycan Premyer Liqasında V tura iki görüşlə start verilir

Azərbaycan Premyer Liqasında V tura iki görüşlə start verilir Məğlubiyyətsiz komanda qələbə üzü görməyənlə qarşılaşacaq
Futbol
19 Sentyabr , 2015 15:29
Azərbaycan Premyer Liqasında V tura iki görüşlə start verilir

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə paytaxt komandalarından 4-ü meydana çıxacaq.

Görüşlərdən biri debütantlar arasında baş tutacaq. Hələ də məğlubiyyət üzü görməyən "Zirə" qələbəyə həsrət "Rəvan"ı qəbul edəcək. Bu komandalar indiyədək Premyer Liqada qarşılaşmayıblar.

Keçirdiyi bütün görüşlərdən məğlub ayrılan AZAL isə "Dalğa Arena"da "İnter"i sınağa çəkəcək. 27-ci paytaxt derbisinə 10-cu qələbə üçün çıxacaq “İnter” 7 oyundur rəqibinə uduzmur. AZAL-ın son 3 ev oyununda hər iki komanda qol sevinci yaşayıb. Səfərdəki son 6 qarşılaşmada xal qazanan “İnter” 4 il 5 aydır rəqib meydanında xalsız qalmır.

Qeyd edək ki, hər iki matç eyni saatda başlanacaq.

Azərbaycan Premyer Liqası, V tur

19 sentyabr (şənbə)

21:00. AZAL – “İnter”

Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Asim Xudiyev

Bakı, “Dalğa Arena”

Əvvəlki qarşılaşmalar: 26 oyun, +5=12-9, top fərqi 20-24

21:00. “Zirə” – “Rəvan”

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Nahid Əliyev, İsgəndər Əliyev

Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Ömər Paşayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Füzuli Nəcəfov

Zirə İdman Kompleksinin stadionu

20 sentyabr (bazar)

16:30. “Kəpəz” – “Qarabağ”

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Əhmədağa Cabbarov

Gəncə şəhər stadionu

21:00. “Neftçi” – “Xəzər Lənkəran”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mehman Mahmudov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı, “Bakcell Arena”

21 sentyabr (bazar ertəsi)

21:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Nail Nağıyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Məhəmməd Məmmədov

Qəbələ şəhər stadionu 

Son xəbərlər

Orphus sistemi