Yuxarı
    Bağlamaq

    Azərbaycan Premyer Liqasında təxirə salınmış oyunun vaxtı açıqlanıb

    Görüş sentyabrın 22-də keçiriləcək

    Bakı. 19 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Qəbələ” – “Sumqayıt” görüşünün tarixi və başlanma vaxtı müəyyənləşib. 

    "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş sentyabrın 22-də keçiriləcək. 

    Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 17:00-da çalınacaq. Oyun CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq. 

    Qeyd edək ki, bu matç avqustun 21-də keçirilməli idi. Lakin “Qəbələ”nin Avropa Liqasında uğurlu çıxışı və Azərbaycanı qrup mərhələsində təmsil etmək perspektivini nəzərə alan PFL “Sumqayıt” klubunun razılığına əsasən oyunu təxirə salıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi