Azərbaycan Premyer Liqasında son turun təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında son turun təyinatları açıqlanıb 4 oyundan 3-ü FİFA referilərinə tapşırılıb.
Futbol
26 Aprel , 2017 16:37
Azərbaycan Premyer Liqasında son turun təyinatları açıqlanıb

Bakı. 26 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında son turun təyinatları açıqlanıb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 4 oyundan 3-ü FİFA referilərinə həvalə olunub. 

Əliyar Ağayev Şüvəlana, Rəhim Həsənov Gəncəyə göndəriləcək. "Neftçi" və "Qarabağ" arasındakı qarşılaşma isə gənc beynəlxalq dərəcəli hakim Ömər Paşayevə tapşırılıb.  

29 aprel (şənbə)

16:00. “Kəpəz” – “İnter”
Hakimlər: Rəhim Həsənov, Vüqar Bayramov, Azər Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu

16:00. “Sumqayıt” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Murad Məmmədov
Sumqayıt, “Kapital Bank Arena”

16:00. AZAL – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov

“AZAL Arena” (canlı, “CBC Sport”)

17:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Elman Musayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
“Bakcell Arena”

Son xəbərlər

Orphus sistemi