​Azərbaycan Premyer Liqasında qış transfer dövrü açıqlanıb

​Azərbaycan Premyer Liqasında qış transfer dövrü açıqlanıb Artıq bir neçə klub yeni futbolçularla müqavilə bağlayıb
Futbol
2 Yanvar , 2015 11:18
​Azərbaycan Premyer Liqasında qış transfer dövrü açıqlanıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında qış transfer dövrü məlum olub. Peşəkar Futbol Liqasından (PFL) "Report"a verilən məlumata görə, transfer "pəncərə"si yanvarın 5-də açılacaq.

Həmin tarixdən etibarən komandalar heyətlərinə cəlb etdikləri futbolçuları fevralın 2-dək PFL-də qeydiyyatdan keçirə bilərlər.

Qeyd edək ki, artıq bir neçə klub yeni futbolçularla müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi