Yuxarı

​Azərbaycan Premyer Liqasında qış transfer pəncərəsinin vaxtı açıqlanıb

Bu barədə PFL-dən məlumat verilib

Bakı. 8 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında qış transfer pəncərəsinin müddəti açıqlanıb. Bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

Onun sözlərinə görə, növbəti "pəncərə" yanvarın 4-də açılacaq. Klublar 30 gün ərzində yeni transferlərini rəsmiləşdirə biləcəklər. 

Qeyd edək ki, qış transfer pəncərəsi fevralın 2-də bağlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi