Azərbaycan Premyer Liqasında oyun zamanı baş hakim vərəqələri səhv salıb

Azərbaycan Premyer Liqasında oyun zamanı baş hakim vərəqələri səhv salıb Orxan Məmmədov "İnter"in futbolçusuna "sarı" əvəzinə qırmızı vərəqə göstərib
Futbol
28 Noyabr , 2016 17:36
Azərbaycan Premyer Liqasında oyun zamanı baş hakim vərəqələri səhv salıb

Bakı.28 noyabr. REPORT.AZ/ Hazırda davam edən Azərbaycan Premyer Liqasında XIII turun "Zirə" - "İnter" oyununda qeyri-adi hadisə baş verib. 

"Report"un oyunu canlı izləyən əməkdaşının məlumatına görə, qarşılaşmanın 19-cu dəqiqəsində baş hakim Orxan Məmmədov qonaq komandanın futbolçusu Pərdis Fərcad-Azada "sarı" əvəzinə qırmızı vərəqə göstərib. Fərcad-Azad referinin qərarına etiraz etdikdən sonra məsələ həll olunub. Məmmədovun səhvən qırmızı vərəqəyə əl atdığı müəyyənləşib.

Qeyd edək ki, hələlik hesab açılmayıb - 0:0. 

Son xəbərlər

Orphus sistemi