Azərbaycan Premyer Liqasında növbəti turun təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında növbəti turun təyinatları açıqlanıb Əliyar Ağayev əlavə köməkçi hakim olacaq
Futbol
11 Dekabr , 2015 13:01
Azərbaycan Premyer Liqasında növbəti turun təyinatları açıqlanıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun oyunlarına bütün təyinatlar açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qəbələ" ilə "Neftçi" arasında keçiriləcək turun mərkəzi oyunu FİFA referisi Rəhim Həsənova tapşırılıb. 

Ölkə futbolu tarixində ilk dəfə Avropa Liqasının oyununu idarə etmiş Əliyar Ağayev bu matçda əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək. 

Turun təyinatları:

1 dekabr (cümə)

14:00. “Kəpəz” (Gəncə) – “Rəvan” (Bakı)

Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, Rahil Ramazanov, Cavanşir Yusifov

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Füzuli Nəcəfov

Gəncə şəhər stadionu

16:30. “İnter” (Bakı) – “Sumqayıt”

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Nahid Əliyev, Vüqar Bayramov

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Rauf Cabbarov

AFFA nümayəndəsi : Ramiz Abdullayev

Hakim-inspektor: Vüsal Əliyev

Bakı, “İnter Arena”

13 dekabr (bazar)

15:00. AZAL (Bakı) – “Xəzər Lənkəran”

Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, İsgəndər Əliyev, Nail Nağıyev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-İnspektor: Məhəmməd Məmmədov

Bakı, AZAL Arena

15:30. “Qəbələ” – “Neftçi”

Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Zeynal Zeynalov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi : Maşallah Əhmədov

Hakim-inspektor: Rövşən Əhmədov

Qəbələ şəhər stadionu

18:00. “Zirə” (Bakı) – “Qarabağ” (Ağdam)

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Kamran Bayramov, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı, Zirə İdman Kompleksinin stadionu

Son xəbərlər

Orphus sistemi