Azərbaycan Premyer Liqasında növbəti turun proqramı müəyyənləşib

Azərbaycan Premyer Liqasında növbəti turun proqramı müəyyənləşib Açılış matçında "Sumqayıt"la "Zirə" üz-üzə gələcək
Futbol
11 Aprel , 2017 16:43
Azərbaycan Premyer Liqasında növbəti turun proqramı müəyyənləşib

Bakı. 11 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, turun mərkəzi görüşü aprelin 16-da "İnter"lə "Qarabağ" arasında keçiriləcək.

"İnter Arena"da təşkil olunacaq qarşılaşma saat 18:00-da başlanacaq. Bu, həm də turun son oyunu olacaq. Aprelin 15-də təşkil olunacaq açılış matçında isə 4-cü yer uğrunda mübarizə aparan "Sumqayıt"la "Zirə" üz-üzə gələcək.

15 aprel (şənbə)

“Neftçi” – AZAL

“Bakcell Arena”, 18:30

“Sumqayıt” – “Zirə”

“Kapital Bank Arena”, 16:30

16 aprel (bazar)

“Kəpəz” – “Qəbələ”

Gəncə şəhər stadionu, 16:00

“İnter” – “Qarabağ”

“İnter Arena”, 18:30

Turun bütün oyunları “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi