Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb

Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb Tura çempionun oyunu ilə start veriləcək
Futbol
24 Aprel , 2018 11:41
Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb

Bakı. 24 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun oyun cədvəli müəyyənləşib. 

"Report" xəbər verir ki, açılış oyunu qış fasiləsindən sonra qələbə qazana bilməyən "Zirə" ilə artıq çempionluğunu təmin etmiş "Qarabağ" arasında keçiriləcək. Oyun aprelin 27-də Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq. 

Qarşıdakı turun görüşləri 3 günü əhatə edəcək. Bütün qarşılaşmalar “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

27 aprel (cümə)

“Zirə” – “Qarabağ”

Zirə İdman Kompleksinin stadionu, 19:00

28 aprel (şənbə)

“Qəbələ” – “Kəpəz”

Qəbələ şəhər stadionu, 18:00

“Keşlə” – “Neftçi”

“İnter Arena”, 16:00

29 aprel (bazar)

“Sumqayıt” – “Səbail”

“Kapital Bank Arena”, 19:00

Son xəbərlər

Orphus sistemi