Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb

Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb "İnter" - "Qarabağ" matçının ardından hər iki klub mükafatlandırılacaq
Futbol
19 May , 2015 15:34
Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb

Bakı. 19 may. REPORT.AZ/ Topaz Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, turun mərkəzi qarşılaşması Bakının "İnter" və Ağdamın "Qarabağ" komandaları arasında keçiriləcək. 

Mayın 22-də saat 20:00-da başlanacaq matçın ardından mükafatlandırma mərasimi təşkil olunacaq. "Qarabağ"a qızıl medallar və çempionluq kuboku, "İnter"ə isə gümüş medal təqdim ediləcək. 

22 may (cümə)

18:00. “Sumqayıt” – “Xəzər Lənkəran”

Sumqayıt, “Kapital Bank Arena”

20:00. “İnter” (Bakı) – “Qarabağ” (Ağdam)

Bakı, “İnter Arena”

18:00. “Bakı” – “Neftçi” (Bakı)

“Bakı” klubunun təlim-məşq bazasının stadionu

19:00. AZAL (Bakı) – “Simurq” (Zaqatala)

Bakı, “AZAL Arena”

Son xəbərlər

Orphus sistemi