Yuxarı

Azərbaycan Premyer Liqasında növbəti turun oyunlarının vaxtı açıqlanıb

Mərkəzi qarşılaşmalar mayın 1-də olacaq

Bakı. 25 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun oyun cədvəli müəyyənləşib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, turun görüşləri iki gün ərzində gerçəkləşəcək.

Tura aprelin 30-da Gəncədə "Kəpəz"in autsayder "Rəvan"a qarşı oyunu ilə start veriləcək. Mərkəzi qarşılaşmalar mayın 1-də olacaq. Həmin gün "Qəbələ" - "Neftçi" və "Zirə" - "Qarabağ" oyunları keçiriləcək. 

30 aprel (şənbə)

“Kəpəz” – “Rəvan”

Gəncə şəhər stadionu, 15:00 (CBC Sport, canlı)

AZAL – “Xəzər Lənkəran”

AZAL Arena, 17:30 (CBC Sport, canlı)

1 may (bazar)

“Qəbələ” – “Neftçi”

Qəbələ şəhər stadionu, 16:30 (CBC Sport, canlı)

“Zirə” – “Qarabağ”

Zirə İdman Kompleksinin stadionu, 19:00 (CBC Sport, canlı)

“İnter” – “Sumqayıt”

“İnter Arena”, 16:00

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi