Yuxarı
    Bağlamaq

    Azərbaycan Premyer Liqasında növbəti oyun keçirilib

    “Neftçi” - “Kəpəz” görüşü 0:0 hesabı ilə yekunlaşıb

    Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində daha bir oyun keçirilib.

    “Report”un məlumatına görə, günün ikinci matçında “Neftçi” – “Kəpəz”i qəbul edib.

    “Bakcell Arena”da baş tutan görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, komandalardan heç biri qol vurmağa müyəssər olmayıb. Komandaların ölkə çempionatları tarixində 46-cı dueli 0:0 hesabı ilə yekunlaşıb.

    Qeydə alınan qolsuz bərabərlikdən sonra “Neftçi” xalını 17-ə, “Kəpəz” 16-a çatdırıb. Komandaların turnir cədvəlindəki mövqeyi isə dəyişməz qalıb. Paytaxt təmsilçisi 6-cı, Gəncə klubu isə 7-ci pillədədir.

    Qeyd edək ki, XIX turun bu gün baş tutan açılış oyununda “İnter” ilə “Zirə” heç-heçə edib (1:1). Həftəyə fevralın 19-da keçiriləcək "Sumqayıt" - AZAL və "Qəbələ" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi