Azərbaycan Premyer Liqasında mövsümün yubiley qolu vurulub

Azərbaycan Premyer Liqasında mövsümün yubiley qolu vurulub 150-ci qola Əfran İsmayılov imza atıb
Futbol
10 Fevral , 2017 12:04
Azərbaycan Premyer Liqasında mövsümün yubiley qolu vurulub

Bakı. 10 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün yubiley qolu vurulub. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, XVII turun “Qarabağ” – “Zirə” görüşündə qeydə alınan ilk top mövsümdə 150-ci olub.

Buna Ağdam klubunun futbolçusu Əfran İsmayılov imza atıb. Hesabat turunadək 147 vurulmuşdu. Turun ilk gününün 3-cü qolu mövsümdə 150-ci kimi tarixə düşüb.

Çempionatın ilk qolunu 2016-cı il avqustun 6-da keçirilmiş AZAL – “Neftçi” oyununun (0:2) 60-cı dəqiqəsində qonaqların futbolçusu Elvin Bədəlov vurub. 50-ci qol isə “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin hesabındadır. O, V turun sentyabrın 19-da keçirilmiş “Zirə” ilə matçının (2:0) 20-ci dəqiqəsində fərqlənib.

Qeyd edək ki, 100-cü qol X turun oktyabrın 30-da baş tutan “İnter” – “Sumqayıt” (3:1) görüşünə təsadüf edib. Nizami Hacıyevin 80-ci dəqiqədəki qolu yubiley xarakteri daşıyıb.

Son xəbərlər

Orphus sistemi