​Azərbaycan Premyer Liqasında mövsümün son turunun təyinatları açıqlanıb

​Azərbaycan Premyer Liqasında mövsümün son turunun təyinatları açıqlanıb Sumqayıtdakı oyuna 6 hakim təyinat alıb
Futbol
27 May , 2015 13:51
​Azərbaycan Premyer Liqasında mövsümün son turunun təyinatları açıqlanıb

Bakı. 27 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümünün son turuna hakim təyinatları açıqlanıb. "Report"un məlumatına görə, FİFA referisi Əliyar Ağayev XXXVI turda Qəbələnin eyniadlı komandasının "Bakı" ilə oyununa təyinat alıb.

"Sumqayıt"ın Bakı "İnter"i ilə ev oyununda əlavə köməkçi hakimlər də iş başında olacaq. 

Premyer Liqa, XXXVI tur

19:00. "Sumqayıt" – "İnter" (Bakı)

Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, Namiq Hüseynov, Elman Musayev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov

Sumqayıt. "Kapital Bank Arena"

20:00. "Neftçi" (Bakı) – AZAL (Bakı)

Hakimlər: Elvin Əsgərov, Coşqun Həsənov, Rahil Ramazanov, Nail Nağıyev

Bakı. "Bakcell Arena"

20:00. "Qəbələ" – "Bakı"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Munis Abdullayev, Ramil Əhmədov

Qəbələ şəhər stadionu

21:00. "Xəzər Lənkəran" – "Simurq" (Zaqatala)

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Mahir Məmmədov

Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu

Qeyd edək ki, bu turda "Qarabağ" meydana çıxmayacaq.

Son xəbərlər

Orphus sistemi