​Azərbaycan Premyer Liqasında mövsümün son turunun proqramı açıqlanıb

​Azərbaycan Premyer Liqasında mövsümün son turunun proqramı açıqlanıb "Qəbələ" və "Neftçi"nin oyunları eyni saata təyin edilib
Futbol
25 May , 2015 15:04
​Azərbaycan Premyer Liqasında mövsümün son turunun proqramı açıqlanıb

Bakı. 25 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümünün son turunun oyun cədvəli açıqlanıb. "Report"un məlumatına görə, qarşılaşmalar eyni gündə müxtəlif saatlarda baş tutacaq.

Tura Sumqayıtda eyniadlı komanda ilə gümüş mükafatçı "İnter" arasındakı görüşlə start veriləcək. Bürünc medal uğrunda mübarizə aparan "Qəbələ" və "Neftçi"nin oyunları eyni saatda start götürəcək. Tura Lənkəranda yekun vurulacaq. 

XXXVI tur

28 may

19:00. "Sumqayıt" – "İnter" (Bakı)

Sumqayıt. "Kapital Bank Arena"

20:00. "Neftçi" (Bakı) – AZAL (Bakı)

Bakı. "Bakcell Arena"


20:00. "Qəbələ" – "Bakı"

Qəbələ. Qəbələ şəhər stadionu


21:00. "Xəzər Lənkəran" – "Simurq" (Zaqatala)

Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu

Qeyd edək ki, 2014/15 mövsümünün qalibi olan "Qarabağ" klubu son turda meydana çıxmayacaq.

Son xəbərlər

Orphus sistemi