Azərbaycan Premyer Liqasında mövsümün azarkeş rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında mövsümün azarkeş rekordu qeydə alınıb "Kəpəz" - AZAL matçını 13 200 nəfər izləyib
Futbol
14 Sentyabr , 2015 12:35
Azərbaycan Premyer Liqasında mövsümün azarkeş rekordu qeydə alınıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının IV turu iki rekordla əlamətdar olub. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, turun 4 qarşılaşmasını ümumilikdə 17 400 tamaşaçı izləyib. 

Bu da mövsümün yeni rekordudur. Orta hesabla hər matçı 3 480 azarkeşin izlədiyi həftəyədək ilk turu 14 000, II turu 16 300, ötən turu 13 350 tamaşaçı seyr etmişdi. Bu rekord “Kəpəz” - AZAL oyunu (1:0) sayəsində mümkün olub. Gəncədəki görüşdə 13 200 azarkeş qeydə alınıb ki, bu da mövsümün rekordudur. II turun “Kəpəz” - “Zirə” matçının rekordu 700 nəfər yaxşılaşdırılıb. Həmin qarşılaşmada 12 500 tamaşaçı qeydə alınmışdı. Mövsümün 3-cü göstəricisi ötən turun “Xəzər Lənkəran” - “Rəvan” matçına məxsusdur - 9 500. 

Son xəbərlər

Orphus sistemi