Azərbaycan Premyer Liqasında mövsümün 100-cü qolu vurulub

Azərbaycan Premyer Liqasında mövsümün 100-cü qolu vurulub Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün 100-cü qolu vurulub.
Futbol
12 Noyabr , 2019 10:40
Azərbaycan Premyer Liqasında mövsümün 100-cü qolu vurulub

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün 100-cü qolu vurulub. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XI turun “Sabah” – “Sumqayıt” görüşünə təsadüf edib. Qonaqların 3:1 hesabı ilə qalib gəldiyi matçda vurulan son top mövsümdə 100-cü olub. Yubiley qolunun müəllifi Əmir Ağayev olub.

Ümumilikdə isə 44 oyunda 102 qol vurulub. Orta məhsuldarlıq 2,32-yə bərabərdir. XI turun son matçında daha 2 qol vurulub. “Qarabağ” – “Zirə” görüşü 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 16-da keçirilən “Keşlə” – “Qarabağ” oyununda (0:1) İsmayıl İbrahimli vurub.

Son xəbərlər

Orphus sistemi