Yuxarı

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

Çempionatın bütün medalçıları müəyyənləşib

Bakı. 20 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünə yekun vurulub. "Report"un məlumatına görə, XXXVI turdan sonra çempionatın bütün medalçıları müəyyənləşib.

"Rəvan" doğma azarkeşlər önündə "Xəzər Lənkəran"la qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb. Bununla da "Rəvan" elitada qalmağa nail olub. "Xəzər Lənkəran" isə yeni mövsümü I Divizionda keçirməli olacaq. Meydan sahiblərinin heyətində Yasin Həmid və Ramazan Abbasov fərqlənib. Lənkəranlıların heyətində isə Bayram Budaqov və İbrahim Qədirzadə adını tabloya yazdırıb.

"Qəbələ" Gəncədə "Kəpəz"lə üçüncülük mübarizəsinə çıxıb. Oyun "Kəpəz"in 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Qırmızı-qaralar" səfərdə 3 xal qazanmaqla mövsümün bürünc medallarını qazanıb. Qonaqların heyətində Aleksey Qay komandasına qələbə qazandıran topu vurub.

"İnter" evdə mövsümün gümüş medalçısı "Zirə"ni qəbul edib. Qarşılaşma "bankirlər"in minimal hesablı qələbəsi ilə yekunlaşsa da, bu, onların üçüncü pilləyə yüksəlməsinə kifayət etməyib.

"Sumqayıt" evdə "Neftçi"ni, çempion "Qarabağ" isə AZAL-ı qəbul edib. "Sumqayıt" 2:1, "Qarabağ" isə 3:0 hesablı qələbəyə sevinib. Nəticədə avrokuboklara "Neftçi" vəsiqə qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi