Azərbaycan Premyer Liqasında IV tura start veriləcək

Azərbaycan Premyer Liqasında IV tura start veriləcək İlk olaraq "Qarabağ" və AZAL komandaları üz-üzə gələcək
Futbol
9 Sentyabr , 2016 08:30
Azərbaycan Premyer Liqasında IV tura start veriləcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

"Report"un məlumatına görə, turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

DÇ-2018-in seçmə mərhələsinin oyunları səbəbindən Premyer Liqada yaranan fasilədən sonra ilk olaraq "Qarabağ" və AZAL komandaları üz-üzə gələcək. İki oyunda maksimum nəticə göstərən "Qarabağ" turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Üç oyuna 1 xal toplayan "təyyarəçilər" isə 8 komanda arasında sonuncu yerdə qərarlaşıb.

Komandalar bu günə qədər ölkə çempionatlarında 30 dəfə qarşılaşıb. Üstün tərəf olan "köhlən atlar" 18 matçı qələbə ilə tərk edib. 6 oyunda Şüvəlan təmsilçisi qalib gəlibsə, eyni sayda qarşılaşma bərabərliklə yekunlaşıb.

Son 3 qarşılaşmada meydan sahibi olan komanda quru hesablı qələbə qazanıb. "Qarabağ" son 5 ev oyununda xal itirməyib.

"Qarabağ"ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika Stadionunda ot örtüyü bərbad olduğu üçün qarşılaşma Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"da olacaq.

Azərbaycan Premyer Liqası, IV tur

18:30. "Qarabağ" – AZAL

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, İsgəndər Əliyev, Vüqar Bayramov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Məlik Həsənov

"Əlincə Arena"

Qeyd edək ki, turun digər oyunları 10-11 sentyabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi