Yuxarı

Azərbaycan Premyer Liqasında iştirak etmək istəyən klublara lisenziya verilməyib

Çatışmazlıqları aradan qaldırmaq üçün verilmiş müddət başa çatsa da, lisenziya üçün müraciət etmiş klublardan heç biri sənədləri tam təqdim etməyib

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında iştirak üçün müraciət edən klublara lisenziya verilməyib. "Report"un məlumatına görə, bu barədə AFFA-nın Lisenziyalaşdırma qrupunun açıqlamasında bildirilir. 

Çatışmazlıqları aradan qaldırmaq üçün verilmiş müddət bu gün başa çatıb və lisenziya üçün müraciət etmiş klublardan heç biri sənədləri tam şəkildə təqdim etməyib. Mövcud vəziyyətlə bağlı Lisenziyalaşdırma qrupu tərəfindən hesabat hazırlanaraq Lisenziya Komissiyasına və AFFA-nın rəhbərliyinə təqdim olunacaq. 

Qeyd edək ki, mayın 16-da 2016-2017-cı il mövsümündə UEFA-nın klub yarışlarında və Premyer Liqa yarışlarında iştirak etmək hüququnu verən lisenziya üçün müraciət etmiş klubların sənədlərinə AFFA-nın Lisenziya Komissiyasının iclasında baxılıb. İclas zamanı 8 klubla bağlı (AZAL, "İnter", "Kəpəz", "Qarabağ", "Qəbələ", "Neftci", "Sumqayıt" və "Zirə") ilə bağlı müvafiq qərarlar açıqlanıb. 

Növbəti mövsümdə Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş, lakin tələb olunan sənədləri tam həcmdə təqdim etməmiş klublara sənədləri tam olaraq təmin etmək üçün əlavə 14 gün vaxt verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi