Azərbaycan Premyer Liqasında ilk böyük hesablı qələbə qeydə alınıb

Azərbaycan Premyer Liqasında ilk böyük hesablı qələbə qeydə alınıb Bu, "Rəvan" - "Qəbələ" matçına təsadüf edib
Futbol
28 Sentyabr , 2015 14:00
Azərbaycan Premyer Liqasında ilk böyük hesablı qələbə qeydə alınıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk böyükhesablı nəticəsi qeydə alınıb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, VI turun “Rəvan”la səfər qarşılaşmasında 3 cavabsız qol vuran “Qəbələ” mövsümün ilkini gerçəkləşdirib.

Əvvəlki 5 turun 25 oyununda böyük hesaba təsadüf olunmayıb. Digər tərəfdən, ölkə çempionatları tarixində heç vaxt belə nəticə bu qədər gec qeydə alınmayıb. Əvvəlki 23 mövsümün 19-da 1-ci, 3-də isə 2-ci turda ən azı bir qarşılaşma 3 və daha çox top fərqi ilə başa çatıb. Bir dəfə isə ilk böyük hesab 3-cü turda olub. Cari mövsüm isə belə nəticəyə ən gec təsadüf olunan çempionatdır.

Ümumilikdə isə əvvəlki 23 çempionatda 761 böyük hesaba rast gəlinib. “Qəbələ” 19-cu dəfə belə qalib gəlibsə, “Rəvan” 12-ci dəfə 3 və ya daha çox top fərqilə uduzub.

Ölkə çempionatlarında hamıdan çox – 116 böyükhesablı qələbə “Neftçi” əldə edib. “Kəpəz” 91, “Qarabağ” 84 dəfə bunu bacarıb. MOİK isə hamıdan çox - 52 dəfə ağır məğlubiyyət alıbsa, “Şahdağ” (Qusar) 45, “Turan” 44 belə yenilgi alıb.

Son xəbərlər

Orphus sistemi