Azərbaycan Premyer Liqasında iki oyun keçirilib

Azərbaycan Premyer Liqasında iki oyun keçirilib "Qəbələ" və “Zirə” mühüm xallar qazanıb
Futbol
23 Aprel , 2016 20:11
Azərbaycan Premyer Liqasında iki oyun keçirilib

Bakı. 23 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha iki oyunu keçirilib.

"Report"un məlumatına görə, oyunlar Lənkəranda və Bakıda keçirilib.

Cari mövsümdə uğursuz çıxış edən "Xəzər Lənkəran" qeyri-stabil oyun nümayiş etdirən "Qəbələ"ni qəbul edib. Avrokuboklara iddialı olan "Qəbələ" Lənkəran səfərindən 3 xalla ayrılıb. Qonaqların yeganə qolunu matçın 9-cu dəqiqəsində Aleksey Qay vurub. Nəticədə "Qəbələ" 49 xalla turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib və avrokubok iddiasını saxlayıb. "Ağ-yaşıllar" isə 14 xalla 4-cüdür.

"Neftçi" isə doğma meydanda "Zirə"ni qəbul edib. "Bakcell Arena"da keçirilmiş oyunda qalib müəyyənləşməyib - 0:0. Bununla da "Zirə" 60 xalla ikinci pillədəki mövqeyini qoruyub. "Neftçi" isə 39 xalla 7-cidir.

Turun açılış oyununda "Qarabağ" evdə "İnter"i 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura aprelin 24-də keçiriləcək iki oyunla yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi