Yuxarı
    Bağlamaq

    Azərbaycan Premyer Liqasında gələn mövsüm iştirak edəcək komandaların sayı açıqlanıb

    AFFA prezidenti: I Diviziondan elitaya heç bir klub yüksəlməyəcək

    Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında 2016-2017 mövsümündə 8 komanda iştirak edəcək.

    "Report"un məlumatına görə, bu barədə AFFA İcraiyyə komitəsinin iclasının ardından jurnalistlərə açıqlamasında qurumun prezidenti Rövnəq Abdullayev bildirib. 

    O deyib ki, I Diviziondan elitaya heç bir klub yüksəlməyəcək. Premyer Liqada son 2 yeri tutan "Rəvan"la "Xəzər Lənkəran" isə lisenziya ala bilmədikləri üçün aşağı liqaya enəcək: I Divizion klubları Premyer Liqada iştirak üçün lisenziya tələblərinə cavab vermir və ən əsası, bank zəmanəti verə bilmərlər. Bundan sonra "Rəvan"la "Xəzər Lənkəran"ın məsələsinə baxıldı. Hər iki kluba FİFA tərəfindən böyük cərimələr var. Onları Premyer Liqaya buraxsaq, AFFA da cərimələnə bilər. Düşündük ki, çempionatın ortasında problemlə üzləşməkdənsə, elə 8 komanda ilə müvəqqəti çempionat keçirək. Bunla bağlı PFL və baş katiblik qarşısına məsələ qoyulub ki, 2017-2018 mövsümü üçün ən azı 10 komanda hazırlansın". 

    İclasda, həmçinin klubların ictimailəşdirilməsinə qərar verilib. Artıq "Zaqatala" ictimailəşdirib. "Mil Muğan" da ictimailəşdiriləcək". 

      

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi