​Azərbaycan Premyer Liqasında daha bir oyunun keçirilmə yeri dəyişdirilib

​Azərbaycan Premyer Liqasında daha bir oyunun keçirilmə yeri dəyişdirilib Oyun "İnter Arena"da keçiriləcək
Futbol
4 Avqust , 2016 12:41
​Azərbaycan Premyer Liqasında daha bir oyunun keçirilmə yeri dəyişdirilib

Bakı. 4 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün I turunda baş tutacaq "Qarabağ" – "İnter" matçının proqramında dəyişiklik olub. "Report"un məlumatına görə, qarşılaşma "İnter Arena"da baş tutacaq.

Buna səbəb "Qarabağ"ın ev oyunlarını keçirdiyi "Azərsun Arena"nın ot örtüyündə yeniləmə işlərinin aparılmasıdır. Avqustun 7-də keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Qeyd edək ki, daha öncə "Qəbələ" - "Kəpəz" matçının stadionunun yeri də dəyişdirilib. Görüş avqustun 8-də Qəbələ şəhər stadionunda deyil, Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi