Azərbaycan Premyer Liqasında 5 əvəzetməyə icazə verildi

Azərbaycan Premyer Liqasında 5 əvəzetməyə icazə verildi Azərbaycan Premyer Liqası bərpa olunduqdan sonra komandalar oyun ərzində 5 oyunçu dəyişikliyi edə biləcəklər.
Futbol
1 İyun , 2020 19:42
Azərbaycan Premyer Liqasında 5 əvəzetməyə icazə verildi

Azərbaycan Premyer Liqası bərpa olunduqdan sonra komandalar oyun ərzində 5 oyunçu dəyişikliyi edə biləcəklər.

"Report"un məlumatına görə, bununla bağlı AFFA İcraiyyə Komitəsi qərar verib.

Qərara əsasən, Premyer Liqada və Azərbaycan kuboku uğrunda yarışda FIFA-nın tətbiq etdiyi yeni qaydalara uyğun olaraq matç ərzində 5 əvəzetməyə icazə verilməsi təsdiqlənib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.

Son xəbərlər

Orphus sistemi