Azərbaycan Premyer Liqasında 2018-ci ilin ən yaxşı komandası müəyyənləşib

Azərbaycan Premyer Liqasında 2018-ci ilin ən yaxşı komandası müəyyənləşib "Neftçi" çempionatın sonuncu dövrəsində hamıdan çox xal toplayıb
Futbol
22 May , 2018 13:02
Azərbaycan Premyer Liqasında 2018-ci ilin ən yaxşı komandası müəyyənləşib

Bakı. 22 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünün sonuncu dövrəsinin ən yaxşı komandası müəyyənləşib.

"Report"un məlumatına görə, IV dövrənin 7 turu ərzində ən yaxşı nəticəyə Tərlan Əhmədovun başçılıq etdiyi "Neftçi” imza atıb. Flaqaman bu görüşlərdə üst-üstə 16 xal toplayıb. Paytaxt təmsilçisi qələbə sayında "Qarabağ”la eyni göstəriciyə malik olsa da, dövrəni ən az uduzan və ən məhsuldar komanda kimi başa vurub. Son 7 turda "Qarabağ” 2-ci, "Keşlə” 3-cü olub.

1 Neftçi 7 5 1 1 13 - 6 16
2 Qarabağ 7 5 0 2 6 - 5 15
3 Keşlə 7 4 2 1 11 - 6 14
4 Zirə 7 3 1 3 8 – 10 10
5 Qəbələ 7 2 3 2 8 - 5 9
6 Sumqayıt 7 1 2 4 7 – 11 5
7 Səbail 7 1 2 4 5 - 9 5
8 Kəpəz 7 0 3 4 5 – 11 3

IV dövrə ilə həm də mövsümün ikinci yarısı yekunlaşıb. 2018-ci ildə baş tutan son iki dövrə və ya 14 turun ən yaxşısı da “Neftçi” olub. 

Komanda 30 xal toplayıb və “Qarabağ”ı 2 xal arxada qoyub. “Keşlə” son dövrədə olduğu kimi çempionatın bu ilə aid hissəsini də 3-cü sırada bitirib.

1 Neftçi 14 9 3 2 22 - 12 30
2 Qarabağ 14 8 4 2 12 - 7 28
3 Keşlə 14 6 5 3 20 - 15 23
4 Sumqayıt 14 5 5 4 17 - 16 20
5 Qəbələ 14 4 6 4 15 - 12 18
6 Zirə 14 3 5 6 13 - 19 14
7 Səbail 14 2 4 8 10 - 18 10
8 Kəpəz 14 1 4 9 8 - 18 7

Son xəbərlər

Orphus sistemi