Azərbaycan Premyer Liqasında 2018/19-cu illər mövsümünə start verilib - VİDEO

Azərbaycan Premyer Liqasında 2018/19-cu illər mövsümünə start verilib - VİDEO I turun açılış oyununda “Sumqayıt” və “Neftçi” komandaları üz-üzə gəlib
Futbol
11 Avqust , 2018 21:55
Azərbaycan Premyer Liqasında 2018/19-cu illər mövsümünə start verilib - VİDEO

Bakı. 11 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19-cu illər mövsümünə start verilib.

“Report” xəbər verir ki, I turun açılış oyununda “Sumqayıt” və “Neftçi” komandaları üz-üzə gəlib.

“Dalğa Arena”da baş tutan qarşılaşma “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə ilk qolu 27-ci dəqiqədə Mirabdulla Abbasov vurub. Emin Mahmudov isə 72-ci dəqiqədə oyunda son nöqtəni qoyub.

İlk turun digər oyunları avqustun 12-də keçiriləcək. “Qəbələ” doğma meydanda “Səbail”lə, “Keşlə” isə Premyer Liqanın debütantı “Sabah”la qarşılaşacaq. İlk turda keçirilməsi nəzərdə tutulan "Qarabağ" - "Zirə" matçı isə Ağdam təmsilçisinin Çempionlar Liqasında çıxışına görə 26 sentyabr tarixinə təxirə salınıb.

Azərbaycan Premyer Liqası, I tur

11 avqust (şənbə)

20:00. "Sumqayıt” – "Neftçi” - 0:2

Qollar: Mirabdulla Abbasov, 27. Emin Mahmudov, 72

Qırmızı vərəqə: Vurğun Hüseynov, 66

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, İnqlab Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı, "Dalğa Arena”

Son xəbərlər

Orphus sistemi