Yuxarı

Azərbaycan Premyer Liqasında 2017-2018 mövsümünün əsasnaməsinə dəyişiklik edilib

Azərbaycan Premyer Liqasında 2017-2018 mövsümünün əsasnaməsinə dəyişiklik edilib
Qarşıdakı mövsümdən klubların start heyətində və ehtiyatda 1996-cı il təvəllüdlü ən azı bir oyunçu yer almalıdır

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında 2017-2018 mövsümünün əsasnaməsinə dəyişiklik edilib. 

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) baş direktoru Məlik Həsənov məlumat verib.

Onun sözlərinə görə, qarşıdakı mövsümdən klubların start heyətində və ehtiyatda 1996-cı il təvəllüdlü ən azı bir oyunçu yer almalıdır. 1998-ci il təvəllüdlü daha bir oyunçu isə ehtiyatda olmalıdır. Legioner sayı isə əvvəlki kimi 6 qalıb. PFL rəsmisi artıq bu barədə klubların da məlumatlandırıldığını bildirib.

Qeyd edək ki, ötən mövsümədək start heyəti 6+4+1 (6 legioner + 4 Azərbaycan vətəndaşı + 1 nəfər 1994-cü il doğumlu və daha gənc Azərbaycan vətəndaşı) kimi olub. Matçın protokolunda isə 1996-cı il təvəllüdlü (Azərbaycan vətəndaşı) və daha gənc 1 oyunçunun (Azərbaycan vətəndaşı) olması mütləq idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi