Azərbaycan Premyer Liqasında 2 oyunun vaxtı dəyişdirilib

Azərbaycan Premyer Liqasında 2 oyunun vaxtı dəyişdirilib Bakı. 20 avqust. REPORT.AZ / Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun oyun cədvəli açıqlanıb.
Futbol
20 Avqust , 2018 17:46
Azərbaycan Premyer Liqasında 2 oyunun vaxtı dəyişdirilib
0 : 00
0 : 00

Bakı. 20 avqust. REPORT.AZ / Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun oyun cədvəli açıqlanıb. 

"Report"un Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, mərkəzi oyun sayılan "Qarabağ" - "Neftçi" matçının vaxtı dəyişdirilib. Buna Ağdam təmslçisinin PFL-ə müraciəti səbəb olub. "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Moldova "Şerif"i ilə keçirəcəyi oyunlara daha yaxşı hazırlaşmaq məqsədi ilə çempionat qarşılaşmasının vaxtının dəyişdirilməsini xahiş edib. Komandanın avrokuboklarda çıxışını və Əsasnaməni rəhbər tutan PFL “Qarabağ” – “Neftçi” matçının 25 avqustdan 26 avqusta keçirilməsinə qərar verib. 

Bütün görüşlərin canlı yayımlanmasını təmin etmək məqsədi ilə hər iki klubun razılıq məktubundan sonra “Zirə” – “Sabah” matçı ilə bağlı da dəyişiklik gerçəkləşib. Sözügedən oyun 26 avqustdan 25 avqusta keçirilib. 

25 avqust (şənbə)

18:00. “Qəbələ” – “Sumqayıt”

Qəbələ şəhər stadionu

20:30. “Zirə” – “Sabah”

“AZAL Arena”

26 avqust (bazar)

18:00. “Keşlə” – “Səbail”

“ASK Arena”

20:30. “Qarabağ” – “Neftçi”

“Azersun Arena”

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi