Azərbaycan Premyer Liqasında 14 futbolçunun müqaviləsi qışda başa çatacaq

Azərbaycan Premyer Liqasında 14 futbolçunun müqaviləsi qışda başa çatacaq Onlardan yarısı "İnter"də çıxış edir
Futbol
23 Noyabr , 2015 16:57
Azərbaycan Premyer Liqasında 14 futbolçunun müqaviləsi qışda başa çatacaq

Bakı. 23 noyabr. REPORT.AZ/ Artıq 5 turdan sonra futbol üzrə Azərbaycan Premyer Liqası fasiləyə yollanacaq. Elitada mübarizə aparan 10 klub qış transfer pəncərəsində heyətini gücləndirməyə, "artıq" futbolçulardan canlarını qurtarmağa çalışacaq.

"Report"un araşdırması nəticəsində 10 komandadan cəmi dördünün heyətində cari ilin sonunda müqavilə müddəti başa çatacaq futbolçuların olduğu üzə çıxıb. Məlum olub ki, hazırda 20 xalla Azərbaycan Premyer Liqasının 4-cü pilləsində qərarlaşan "İnter"də 7 futbolçunun anlaşması 2015-ci ilin sonunadək qüvvədədir. Bunlar müdafiəçilər - Ruslan Əmircanov və ispaniyalı Xuan Fransisko, yarımmüdafiəçilər - xorvatiyalı Stepan Polyak, albaniyalı Emilian Vila, Mirhüseyn Seyidov, Elnur Abdullayev və hücumçu Rauf Əliyevdir.

"Qəbələ"  brazilyalı müdafiəçi Rafael Santos, rumıniyalı yarımmüdafiəçi George Floresku, yarımmüdafiəçi Vaqif Cavadov və hücumçu Vüqar Nadirovla vidalaşa bilər.

"Neftçi" 2 oyunçusu ilə yollarını ayıra bilər. Bunlar qışda müqaviləsi başa çatan slovakiyalı qapıçı Miçal Peskoviç və braziliyalı müdafiəçi Jayro Rodrigesdir.

Premyer Liqanın debutantı "Zirə"nin heyətində yalnız bir belə futbolçu var ki, o da Nurlan Novruzovdur. 

Qeyd edək ki, "Qarabağ", AZAL, "Xəzər Lənkəran", "Sumqayıt", "Rəvan" və "Kəpəz"in heyətində isə müqaviləsi qışda başa çatacaq futbolçu yoxdur.

Son xəbərlər

Orphus sistemi