Yuxarı

Azərbaycan Premyer Liqasında 12000-ci qol vurulub

Azərbaycan Premyer Liqasında 12000-ci qol vurulub
Həmin qolun müəllifi Neftçinin hücumçusu olub

Bakı. 1 oktyabr. REPORT.AZ/ “Neftçi”nin futbolçusu Dario Frederiko Azərbaycan çempionatları tarixinə düşüb. 

"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, braziliyalı legioner çempionatın 26 illik tarixində 12000-ci qolun müəllifi olub. O, yubiley qolunu Premyer Liqanın VI turunda “Səbail”lə ev matçının (4:0) 6-cı dəqiqəsində vurub.

“Bakcell Arena”dakı görüşdə dubl müəllifi olan Frederiko hesabı açdığı topla 12000-ci qola imza atıb. Bu görüşədək Azərbaycan çempionatları tarixində 11999 qol vurulub. Nəticəsi ləğv olunan matçlar, həmçinin texniki nəticələrin hesaba alınmadığı statistikaya əsasən, 1992-ci ildən keçirilən yarışdakı 4703-cü matçda qol sayı 1203-ə çatıb.

Qeyd edək ki, Dario Frederikonun matçdakı ilk qolu həm də 2018/2019 mövsümünün 50-ci topu olub. Ötən 5 turun 19 oyununda (1 matçın nəticəsi ləğv olunub) 49 qol qeydə alınıb. Əvvəlki mövsümlərdə 11950 qol vurulduğu üçün 50-ci top, həm də 12000-ci olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi